Avropa Stolüstü Tennis İttifaqının (ETTU) prezidenti İqor Levitin növbəti qərara qədər səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ETTU-nun prezidenti vəzifəsini müvəqqəti vitse-prezident Pedro Moura icra edəcək: “İqor Levitin Avropa Stolüstü Tennis İttifaqının və qurumun yarışlarının bütövlüyünü qorumaq, eləcə də Avropa idmançılarının maraqlarını qorumaq məqsədilə bu qərarı qəbul edib”.
Qeyd edək ki, 70 yaşlı İqor Levitin Rusiya prezidenti Vladimir Putinin köməkçisidir. O, 2020-ci ildən bəri ETTU-ya rəhbərlik edib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar