Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Ardınca yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib