Taekvondoçularımızdan "President Cup"da 5 medal
13.03.2022 - 23:51
İranın paytaxtı Tehranda taekvondoçular arasında keçirilən Asiya regionu üzrə "President Cup" başa çatıb.
Apasport.az saytının məlumatına görə, son yarış günü daha bir Azərbaycan idmançısı fəxri kürsüyə yüksəlib.
+87 kq çəki dərəcəsində dayanaq üzərinə çıxan Radik İsayev yarışı bürünc medalla başa vurub.
Üç gün ərzində davam edən yarışda komandamızın digər üzvlərindən Taleh Süleymanovla (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş medal, Eltac Qafarov (74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, sabah isə parataekvondoçularımız mübarizəyə qoşulacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0