Taekvondo üzrə Azərbaycan milli komandası “Turkish Open”də çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, yığmamız 49 ölkədən 1250 idmançının qatıldığı ənənəvi turnirdə 1 qızıl və 4 bürünc medal qazanıb.
Olimpiya çempionumuz Radik İsayev ardıcıl olaraq türkiyəli Əkrəm Əli Yılmazı, koreyalı Ho Yeon Kanqı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu məğlub edərək “Turkish Open” beynəlxalq yarışın qalibi olub.
Komandanın digər üzvlərindən Səyyad Dadaşov (54 kq), Məhəmməd Məmmədov (80 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib