Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
12.11.2021 - 23:16
Azərbaycan taekvondoçusu Pünhan Mürsəlov Avropa birinciliyində bürünc medala sahib olub.
Apasport.az saytının məlumatına görə, 45 kq çəkidə mübarizə aparan idmançı Bosniya və Herseqovinada gənclər arasında keçirilən yarışın ilk günündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, almaniyalı və moldovalı rəqibinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Finala gedən yolda isə rusiyalı taekvondoçuya məğlub olan Mürsəlov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, bu gün start götürən yarış noyabrın 15-dək davam edəcək. Millimiz birinciliyə 15 idmançı ilə yollanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0