Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatıb.
Apasport.az saytının məlumatına görə, yarışın bağlanış mərasimində şahmatçımız Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub.
Bu dəfə əsas və “challenge” yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameshbabu Praggnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Ervin Lami Vüqar Həşimov adına mükafata ikinci dəfə layiq görülüb.
Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir.
Qeyd edək ki, yarışda Azərbaycan qrossmeyssteri Şəhriyar Məmmədyarov 7,5 xalla ikinci olub. O, çempion norveçli Maqnus Karlsendən 1 xal geri qalıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar