Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 11 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmamızın böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin qitə birinciliyində 7 boksçuya şans verəcək. Poreçdə ölkəmizin idman şərəfini Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) qoruyacaqlar. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandamız səfərə martın 11-də İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanacaq. Boksçularımız Vətənə martın 25-də qayıdacaqlar.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib