Martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə dünya çempionatı keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Ümumilikdə, 17 ölkədən 170 gimnastın iştirakı gözlənilir.
Ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edəcəklər.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib