Azərbaycan millisinin triatlonçusu Kseniya Levkovskaya karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu milliləşdirilmiş legionerin özü Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə açıqlayıb.
32 yaşlı ukraynalı bildirib ki, artıq karyerasını başa vurmağın zamanıdır: “İdman karyeramın böyük mərhələsi başa çatdı. 8 il Azərbaycanı dünya arenasında təmsil etdim. 100-dən çox yarışa qatıldım, on minlərlə kilometr qaçış, üzgüçülük və velosiped sürmə... Çox gözəl idi. Mən bu ölkəyə və insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Bir daha təşəkkür edirəm. Bu, əvəzolunmaz təcrübə oldu”.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar