Abubakar “Neftçi”nin bir addımlığında - BAKIYA GƏLİB
18.10.2025 - 12:39

“Neftçi" heyətini gücləndirməyə davam edir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu "Beşiktaş"ın sabiq üzvü Vinsent Abubakarla 1+1 illik razılıq əldə edib.
33 yaşlı hücumçu "ağ-qaralar"la rəsmi müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün artıq Bakıya gəlib.
Qeyd edək ki, son olaraq “Hatayspor”un formasını geyinən Kamerun millisinin üzvü, bundan başqa “Valensienn”, “Loryen”, “Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda da çıxış edib.
0
0