
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sabah" evdə "Selye"yə məğlub olub - 2:3.
Apaspor.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Albert Riera jurnalistlərin suallarını cavablayıb:
- İlk hissədə "Çelye" adaptasiya problemi yaşadı. Fasilədən sonra isə daha üstün tərəf oldunuz. Razısız?
- Düşünürəm ki, bu cütün ilk oyunu olaraq, ən güclü komanda bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi.
- "Sabah"ın hər iki qolu fərdi səhvlərə görə baş verdi...
- Ola bilər ki, hansısa futbolçu fərdi səhvə yola verə bilər. Ulduz futbolçular da bunu edir. Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı ideolaji oyunudur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq.
- İlk oyundan sonra cütün taleyini həll edilmiş hesab etmək olar?
- Əlbəttə ki, yox. Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq.
- Penaltilər seriyasına hazırlaşacaqsınız?
- Biz buna hazırıq. Futbolçularımızı hazırlamışıq. Amma indidən futbolçularımın beyninə bunun baş verəcəyini yeritmək istəmirəm. Olarsa, bunu yerinə yetirəcəyik.
- Buna qədər Azərbaycan futbolu haqda fikriniz necə idi və hansısa dəyişiklik oldu?
- Burada işləməmişəm. Ona görə də bu suala cavab vermək mənim üçün düzgün deyil.
Sonda bir şeyi qeyd etmək istəyirəm. Geyimlərin rəngi haqda danışmaq istəyirəm. Hər iki klubun geyimləri tünd rəngdə idi. Futbolçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma hakimə bunu bildirmək mənim işim deyil. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdı. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Asvtriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim.