Amil Yunanov Albaniyada
17.09.2024 - 23:23

Amil Yunanov karyerasını ölkə xaricində davam etdirəcək.
Apasport.az xəbər verir, 31 yaşlı hücumçu Albaniya çempionatında oynayacaq.
Yunanov "Bilis" klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Təmsilçimizin yeni komandası Albaniya Superliqasında 5 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Amil ötən mövsümə "Səbail"in heyətində start verib. O, qış fasiləsindən sonra icarə əsasında "Kəpəz"ə keçib.
0
0