“Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
17.07.2025 - 20:19
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün sonuncu - 4-cü yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Trabzonspor"la üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb.
Matç Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
- Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
- Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
1
0