“Araz-Naxçıvan” yoxlama oyunu keçirəcək
02.09.2024 - 13:32

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” klubu yoxlama görüşündə gücünü sınayacaq.
Apasport.az xəbər verir ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.
Matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
0
0