
Azərbaycan Premyer Liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.
Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.