Arif Əsədov: "Estoniya bu cəhətdən bizi üstələyə bilər"
10.10.2024 - 18:19
Arif Əsədov: "Estoniya bu cəhətdən bizi üstələyə bilər"

"Azərbaycan millisi həm futbolçuların keyfiyyəti, həm də komanda olaraq daha güclüdür. Rəqibin əsas üstünlüyü isə fiziki göstəriciləridir".

Bu sözləri apasport.az saytına açıqlamasında yığmamızın sabiq çalışdırıcısı Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis millimizin Estoniya ilə matçını dəyərləndirib: "Estoniya bizim üçün tanış rəqibdir. Keçən tsikldə də onlarla qarşılaşmışdıq. Rəqibi səfərdə məğlub edib, evdə heç-heçəyə nail olmuşduq. Onları yaxşı tanıyırıq. Əvəzində onlar da bizi tanıyır, futbolçularımızı bilirlər. Əsas olan oyunçularımızın özünəinamıdır. Komanda ruhu və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək yenidən 3 xal qazana bilərik. Rəqib atletik cəhətdən bizi üstələyə bilər. Hava mübarizələrində yaxşı oynamağı bacarırlar. Lakin topla oynamaq baxımından bizim futbolçularımız daha keyfiyyətlidir".

Qeyd edək ki, sabah Millətlər Liqasının III turunda komandamız Estoniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İsmayıl Xeyrullayev

0