Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
13.03.2025 - 11:42
Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"

"Haiti heç də zəif rəqib deyil".

Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı çalışdırıcı rəqiblərin AFFA tərəfindən seçildiyini bildirib: 

"Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.