Azərbaycanda klub prezidentinin şirkəti ilə bağlı məhkəmə işi açılıb
18.12.2025 - 20:21
Futbol üzrə Azərbaycan Premyer Liqasının təmsilçisi “Araz-Naxçıvan” klubunun prezidenti Zaur Axundova məxsus “Səmayə Co LTD” MMC barəsində məhkəmə işi açılıb.
Apasport.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd olunur ki, şirkət ötən gün ölkədə siqaret qaçaqmalçılığı ilə bağlı keçirilən əməliyyat zamanı həbs edilən daha üç nəfərlə əlaqəli cinayət işində təqsirli bilinir.
0
0