Azərbaycanlı futbolçu Rusiya çempionu olub
16.11.2024 - 21:54
Azərbaycanlı futbolçu Rusiya çempionu olub

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionu olub.

Apasport.az xəbər verir ki, o, "Zenit"in qadınlardan ibarət komandasının heyətində həmin titula sahib çıxıb.

Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib. Bununla da, komanda yenilgisiz çempion olub.

Qeyd edək ki, Mirzəliyeva bu mövsüm 7 oyunda 1 qol vurub.

0