Babək Quliyevə növbəti təyinat
09.07.2025 - 22:35

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.
0
0