Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.
11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.
Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.
Qeyd edək ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək