Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
Apasport.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.
Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.
Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) döyüşəcək.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ