Boksçumuz olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
27.05.2024 - 19:44

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə millimizin boksçusu Alfonso Dominqes ilk dəfə rinqə çıxıb.
92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 final mərhələsində qanalı boksçu Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) qarşılaşacaq. Qarşılaşma mayın 30-da baş tutacaq.
1
0