
Misli Premyer Liqasının XXVI turunda "Zirə" evdə "Səbail"i məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Cavid Hüseynov 1:0 hesablı məğlubiyyəti belə şərh edib:
"Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacib dir. sadəcə qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq. xallarımızın sayını artıraq".
- Demək olar ki, Premyer Liqada qalmaq uğrunda mübarizə "Səbail" və "Sumqayıt" arasında gedəcək? Çünki hər iki komanda da qlaib gələ bilmir...
- Bu haqda danışmaq hələ tezdir. Düzdür, Şamaxı qalib gəlib. Kəpəz Sumqayıtla oynayacaq. Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın. Ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq.
- Oyunun favoriti Zirə idi. Amma 96-cı dəqiqəfə qol buraxmaq başqa cür təsir edir?
- Əlbəttə. 70-ci dəqiqədən Zirə kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. istənilən halda hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşıb. 96-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir.
- Qırmızı vərəqə epizodu haqda nə deyəcəksiz?
- Sözün açığı epizoda baxmadım. Görməmişəm. Alluş bilərəkdən edibsə, cərimələnəcək. böyük məbləğdə. Komandanı bu vəziyyətdə qoymaq olmaz.
- Qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaqsız...
- Neftçi yaxşı komandadır. Bizim üçün artıq rəqibin adı önəmlidir. Əsas xallar lazımdır.
- Üçüncü dövrəyə yaxşı başlamışdınız. Sonra nə baş verdi?
- Bu normaldır. Bunu gözləyirdik. Zədəli futbolçularımız çoxdur. Bəzi oyunlarda müəyyən gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq.
- Az transfer etdiniz. Rəhbərlik pul ayırmadı, yoxsa siz bəyənmədiz oyunçuları?
- Bu suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı.