
"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Çelsi" oyunçunu satmağın əleyhinə deyil. London klubu 24 yaşlı orta xətt oyunçusu üçün 80 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvar ayında "Benfika"dan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş yarımmüdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan çempionatının qalibi müəyyənləşib
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə