Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Oğlanlar arasında 50 kq. çəkidə Bahadır Feyzullayev və 55 kq. çəkidə Nihad Məmişov qızıl medal əldə ediblər. 55 kq. çəkidə Qüdrət Yusif, 60 kq. çəkidə Mirxaliq İskəndərov, 66 kq. çəkidə Ümüd Qurbanov və Kənan Sadıqov bürünc medala sahib olublar.
Qızlar arasında 40 kq. çəkidə Xədicə Abdullayeva və 52 kq. çəkidə Vüsalə Hacıyeva qızıl medal, 44 kq. çəkidə Leyla Ələkbərova və 52 kq. çəkidə Aysun Məmmədova gümüş medal, 44 kq. çəkidə Nərmin Məmmədli və 48 kq. çəkidə Diana Eldarova bürünc medal qazanıblar.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ