Dadaşov oynadı, komandası qələbə qazandı
21.09.2024 - 23:49
Dadaşov oynadı, komandası qələbə qazandı

Türkiyə 1-ci Liqasında 6-cı tur davam edir.

Apasport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşov da növbəti matçına çıxıb.

Onun şərəfini qoruduğu "Ankaragücü" "Sakaryaspor"la qarşılaşıb. Ankara təmsilçisi öz meydanında 2:1 hesabı ilə qələbə qazanıb.

Yığmamızın futbolçusu matça start heyətdə başlayıb. O, 60-cı dəqiqədə əvəzlənib. Renat sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.

0