
UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” Zaqreb (Xorvatiya) - “Qarabağ” matçını “Stadion Maksimir"də izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər (1254 ədəd) iTicket.az-da onlayn şəkildə satışdadır.
Apasport.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.
Biletlərin qiyməti 30 Avro-dur. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Dinamo" Zaqreb - "Qarabağ" oyunu avqustun 20-i saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.