
Almaniyanın “Nürnberq” klubuna keçən Azərbaycan millisinin forvardı Mahir Emreli 2025-ci il iyunun 30-na qədər bu komandada oynayacaq, lakin Almaniya klubu onunla müqavilə müddətini bir illik artırmaq haqqına da sahibdir.
Apasport.az saytına verilən məlumata görə, Mahir “Nürnberq”lə müqavilə imzalamaqla, klubun ən yüksək ödənişli ilk üç futbolçusundan biri olub.
Saytımıza verilən məlumata görə, Emreli İkinci Bundesliqada mübarizə aparan klubda illik 350 min avro maaş alacaq.
Danışıqlara əsasən, “Nürnberq” əsas Bundesliqaya vəsiqə qazana bilməsə, Emreli oradan ayrılmaq haqqına malik olacaq. Əgər, “Nürnberq” yüksək liqaya çıxarsa, almanlar onun maaşını daha da artıracaq.
- Qarlı havaya görə təxirə salınmış oyunların vaxtı açıqlanıb
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək