Estoniya – Azərbaycan oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub
08.10.2024 - 09:47
Estoniya – Azərbaycan oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub. 

Apasport.az xəbər verir ki, hər iki yığmanın məşqçiləri 10 oktyabr tarixində media qarşısına çıxacaq. 

Bakı vaxtilə saat 17:15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı gerçəkləşəcək.

Saat 18:00-da isə yığmanın açıq məşqçi baş tutacaq. Rəqibin baş məşqçisinin mətbuat konfransı 10:45-də, açıq məşqi isə 11:15-də olacaq.

0