"Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib
30.08.2024 - 16:43

Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər" mərakeşli futbolçunun icarəsi ilə bağlı "Fiorentina" və futbolçu ilə razılıq əldə edib.
Bu gün saat 16:30-da İstanbula gələcək Sofyan Amrabat tibbi müayinədən keçdikdən sonra "Fənərbaxça" ilə müqavilə imzalayacaq.
0
0