Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq
11.03.2025 - 16:24
Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq

Futbol üzrə Azərbaycan millisinin iki yoldaşlıq oyunu üçün heyətinin açıqlanacağı vaxt müəyyənləşib.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş martın 13-də milli assosiasiyanın inzibati binasında heyəti açıqlayacaq.

Qeyd edək ki, milli sentyabrın 22-də Haiti ilə, üç gün sonra Belarusla üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və “Bank Respublika Arena”da gerçəkləşəcək.