“Formula-1”: Yarışla vidalaşanların sayı 4-ə çatdı
12.06.2022 - 16:06
“Formula-1” üzrə Azərbaycan Qran-prisində daha bir pilot problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Kevin Maqnussen mübarizəni dayandırmalı olub.
“Haas”ın pilotunun bolidinin mühərriki 33-cü dövrədə dayanıb.
Bununla Maqnussen yarışı erkən tərk edən 4-cü pilot olub.
Qeyd edək ki, buna qədər Karlos Sayns, Şarl Lekler (“Ferrari”) və Çjou Quanyu (“Alfa Romeo”) mübarizəni yarımçıq dayandırıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0