
"Səfər oyunları heç vaxt asan olmur".
Apasport.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Quba"ya 95:78 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandasını göstərdiyi performansa görə təbrik edib:
"Rəqibimiz daha kasad rotasiya ilə oynadı. Matçın irəliləyən dəqiqələrində bunun üstünlüyünü yaşadıq. Qarşılaşmaya hər iki komanda yaxşı başladı. Meydan sahibləri hücumda dəqiq oynamağa çalışdı. Fasilədən sonra oyuna nəzarəti ələ keçirdik. Rotasiyadakı üstünlüyümüz işimizə yaradı".
H.Atlı müdafiədə də yaxşı çıxış etdiklərini vurğulayıb:
"Hücumda dəqiq oynadıq. Meydançada hamıya oynamaq şansı verdik. Bu da bizim üçün yaxşı bir şeydir. Qarşıda “Ordu” ilə görüşümüz var. Bizim üçün çox önəmlidir. Sıx təqvim proqramımız var. Ona uyğun hazırlaşıb, matça ən yaxşı formada çıxmalıyıq. İnşallah, qalib gələcəyik”.
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
- "Şamaxı" müdafiəçisi ilə yollarını ayırıb - RƏSMİ