Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.
Apasport.az saytının məlumatına görə, o, burada yaradılan şəraitlə maraqlanıb və Boks Mərkəzinə baxış keçirib.
ABF prezidenti Sahil Babayevlə birgə kişi və qadınlardan ibarət milli komandaların məşqini izləyən Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüşdə boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.
Görüşdə ABF-in İdarə Heyətinin üzvləri və rəsmiləri iştirak ediblər.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək