İyulun 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Apasport.az xəbər verir ki, seçkilər Azərbaycan İdman Akademiyasında 12 namizəd arasında təşkil edilib.
Gizli səsvermə yolu ilə 7 nəfər - Səbirə Abdullayeva (Azərbaycan Tennis Federasiyası), Fərhad Əliyev (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), Elnur Məmmədli (Azərbaycan Cüdo Federasiyası), Könül Mikayılova (Azərbaycan Stolüstü Tennis Federasiyası), Güldanə Dadaşova (Azərbaycan Gənclər Parlamenti İctimai Birliyi), Ramin Həbibzadə (Dünya Azərbaycanlıları Gənclərin İctimai Birliyi ) və Aynurə Salmanlı (Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi) İctimai Şuranın üzvü seçilib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib