Azərbaycan təmsilçisi Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, 34 yaşlı idmançı bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan Dımçenko turnirin gümüş mükafatına sahib çıxıb.
Qeyd edək ki, Diana Dımçenko ötən il eyni yarışda qızıl medal əldə etmişdi.
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB