
“İmişli” ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksi stadionunda artıq bir müddətdir ki, təmir və yenidənqurma işlərinə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.
Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən "CBC Sport"un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.
“İmişli” ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir.