"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 3-cü turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Futbolçularımı təbrik edirəm. Böyük iş gördük. Bugünkü qələbə zəhmətimizin bəhrəsidir. İlk hissə çox çətin alındı. “Sabah” güclü pressinq tətbiq etdi. Onların qol vurmasına imkan vermədik, özümüz isə əks-hücumlara bel bağladıq. Nəticədə fürsətimiz oldu, amma Almeyda şansını qaçırdı.
Fasilədən sonra oyun yenə çətin keçdi. “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik. Yaxşı müdafiə olunduq və hücumlara çıxa bildik. İlk qolumuzu üçüncü turda vurduq. Bu qoldan sonra daha sərbəst oynamağa başladıq, qələbə qazana biləcəyimizə inandıq və motivasiyamız artdı”.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB