Kahim Parris “Sabah”da qaldı
24.06.2024 - 19:52

"Sabah" ötən mövsüm komandada icarə əsasında çıxış edən Kahim Parrisi birdəfəlik transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Sabah" "Dinamo"dan aldığı vingerlə 4 illik müqavilə imzalayıb.
Kahim ötən mövsüm "Sabah"ın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 qolun ötürməsini edib.
0
0