Azərbaycan I Liqasının XVIII turunun “Zaqatala” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
“İlk öncə onu deyim ki, Zaqatala futbol şəhəridir. Hər dəfə bura gələndə mənə çox xoş olur. Zaqataladan çox sayda yaxşı, xarakterli futbolçular çıxıb. Matça gəlincə, qeyd etdiyim kimi, xarakterli futbolçuları olan komandaya qarşı oynadıq. Çətin olacağını bilirdik. Oyundan öncə də futbolçularıma rəqibin gücü, əzmkarlığı barədə məlumat vermişdim. Hesabda irəlidə olduğumuz vaxt fərqi daha da artıra bilərdik. Lakin bu, baş vermədi. Bir neçə dəqiqə ərzində 4 oyunçunu meydana buraxdıq. Bununla oyunun gedişində dəyişmək istəyirdik. Lakin nəticədə istəyimizə çata bilmədik və 1 xal qazanmaqla kifayətləndik. Buna baxmayaraq, oyunçularıma çox sağ ol deyirəm, hər biri meydanda əziyyət çəkdi”.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım