"Kəpəz" futbolçusu ilə yollarını ayırıb
07.06.2024 - 16:21

"Kəpəz" klubu futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər"lə müqavilə müddəti başa çatan müdafiəçi komandanı tərk edib.
Qeyd edək ki, V.Məsimov Premyer Liqa ilə yanaşı, I Divizionda (hazırkı I Liqa) "Kəpəz"in formasını geyinib.
0
0