“Kəpəz” heyətinə legioner qata bilər
07.07.2024 - 14:35
“Kəpəz” heyətinə legioner qata bilər

Yeni mövsüm transfer çalışmalarını davam etdirən “Kəpəz” bu dəfə Qvineya-Bissau millisinin sabiq üzvü Joao Marionu heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, hazırda afrikalı ilə danışıqlar davam etdirilir. Əgər vingerlə bütün detallarda razılıq əldə olunsa, onunla bir illik müqavilə imzalanacaq. Marionun əvvəllər “Qarabağ”da baxışda olduğu da bildirilir.

Hazırda azad agent olan Mario “Benfika B”, “Çaveş”, “Vizeu”, “Vilafrankese”, “Koimbra”, “Spartak”(Varna), “Xoanqan”, Bin Din” klublarında oynayıb.

0