“Kəpəz” Yevlaxda “İmişli”ni qəbul edir - YENİLƏNİR
19.04.2026 - 10:12
“Kəpəz” Yevlaxda “İmişli”ni qəbul edir - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” Yevlaxda “İmişli”ni qəbul edəcək. Azər Bağırovun komandası bu oyunda qələbə qazanaraq düşmə zonasından uzaqlaşmaq istəyir. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv isə çempionatda ardıcıl ikinci qələbəsini əldə etmək üçün meydana çıxacaq.

Görüş saat 15:30-da başlayacaq.

Misli Premyer Liqası
XXVIII tur

15:30. "Kəpəz" – "İmişli"
Yevlax şəhər stadionu