"Kəpəz"in yay hazırlıq planı bəlli oldu
21.06.2024 - 13:16

"Kəpəz" mövsümlərarası hazırlıq üçün ölkə xaricinə yollanmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adil Şükürovun çalışdırdığı kollektiv iyunun 22-dən yeni mövsümün hazırlığına start verəcək. Məşqlər Gəncədə keçiriləcək.
Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.
Qeyd edək ki, "Kəpəz" ötən mövsümü 35 xalla 9-cu pillədə başa vurub.
0
0