Krivotsyuk oynadı, komandası qələbə qazandı
10.08.2025 - 19:30

Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" Cənubi Koreya çempionatında növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, komanda XXV turda evdə "Suvon"a 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin futbolçusu 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Daejeon" 42 xalla ikinci yerdədir. Krivotsyukun komandası lider "Jeonbuk"dan 15 xal geri qalır.
0
0