Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq
21.07.2024 - 17:35

“Kəpəz”də qalmayan, “Səbail” və “Sumqayıt”ın da dəvətini geri çevirən Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq.
Apasport.az saytına verilən məlumata görə, gürcü futbolçu Kiprdə oynayacaq. 2022-ci ildə “Kəpəz”ə keçən və bu klubda iki il oynamış Kvirkviyanın yeni komandası “Karmiotissa” olub.
O, Kipr yüksək liqasının təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
0
0