Millimiz 1/4 finala vəsiqə qazanıb
09.10.2024 - 15:18
Millimiz 1/4 finala vəsiqə qazanıb

23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Xorvatiyadakı mundialın qrup mərhələsinin son matçında Çexiya ilə qarşılaşıb.

Millimiz 2:0 hesabı ilə rəqibinə məğlub olub. Çexiya ardıcıl 3-cü qələbə ilə qrup birincisi kimi yarımfinala adlayıb.

Qrup mərhələsini 3 xalla tamamlayan yığmamız 3-cü yeri tutub. 1/4 finala yüksələn Rəcəb Fərəczadənin yetirmələri yarımfinala vəsiqə uğrunda matçda İngiltərə ilə görüşəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Minifutbol üzrə U-23-lər arası dünya çempionatı

Qrup mərhələsi, B qrupu
III tur, 9 oktyabr

14:00. Çexiya - Azərbaycan - 2:0

0