
Futbol üzrə Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti yığması ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, yoldaşlıq görüşü çərçivəsində keçirilən matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Türkiyəli baş hakim Kadir Sağlamın idarə etdiyi görüş saat 21:45-də start götürüb.
22 mart
21:45 Azərbaycan – Haiti 0:3
Qol: Pierrot 9, 63, Jacquez 83.
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş
Haiti: 1. Pyerr, 8. Eksperiens, 4. Ade (k), 22. Duverne, 2. Arkus, 17. Jan-Yaskes, 14. Pyerr, 21. Attis, 20. Pyerro, 10. Don Dedson, 9. Nazon
Baş məşqçi: Sebastien Miqne