Millimiz Hindistanı darmadağın edib
08.10.2024 - 19:53
Azərbaycanın U-23 minifutbol millisi bu gün Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının qrup mərhələsində ikinci oyununu keçirib.
Apasport.az-ın məlumatına görə, komandamız Hindistanın U-23 millisi ilə qarşılaşıb.
Komandamız darmadağınla qalib gəlib. Minifutbolçularımız 16:0 hesablı qələbəyə sevinib.
Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv ilk matçında Serbiya U-23 yığmasına 1:5 hesabı ilə məğlub olub. Hindistan komandası isə Çexiya ilə qarşılaşmada ağır məğlubiyyət alıb - 1:26.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sabah Çexiya ilə keçirəcək.
- “Kəpəz”in forvardı: “Qarabağ”ı da məğlub edə bilərik" - Müsahibə
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
- AFFA futzal üzrə ənənəvi “Payız turniri” keçirəcək
- “Sabah” ispaniyalı legionerini komandada saxlayacaq
0
0